Hüsnan Bəy FƏNANİ: “IV İndoneziya mədəniyyət festivalı ölkəmizin Azərbaycanda daha yaxından tanınmasına töhfə verəcək”
Avqustun 23-də İndoneziyanın Azərbaycandakı səfirliyi sentyabrın 11-15-də Bakıda keçiriləcək IV İndoneziya mədəniyyət festivalı ilə bağlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivalın sentyabrın 11-də Heydər Əliyev Sarayında, 13-15-də isə Fəvvarələr meydanında keçiriləcəyini bildirib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, budəfəki festival da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələri Azərbaycanda təqdim edəcək. Bu festival İndoneziya xalqının Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti digər nazirlikləri təmsil olunacaq. Eyni zamanda, İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələri təmsil edən iş adamları da Azərbaycana gələcəklər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.
Belə tədbirlərin ölkələrimiz arasında münasibətlərin səviyyəsini də nümayiş etdirdiyini vurğulayan diplomat festivalda Azərbaycan Dillər Universitetinin tələbələrinin də çıxış edəcəklərini bildirib: "Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır. Azərbaycanın müstəqilliyinin bərpasından ötən 27 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir”.
Ölkəsinin Azərbaycanı hər zaman dəstəklədiyini deyən səfir vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olub və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.
Təqdimat mərasiminin sonunda İndoneziyanın milli musiqiləri səsləndirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!