24 Avqust 2019 00:38
549
İQTİSADİYYAT
A- A+

Tarlalar yavaş-yavaş ağ örpəyə bürünür


Sabirabad ölkənin böyük potensiala malik kənd təsərrüfatı rayonlarındandır. Aqrar sektorun dinamik inkişafını təmin etmək üçün dövlət səviyyəsində həyata keçirilən kompleks tədbirlər bərəkətli Muğan düzündə, o cümlədən Sabirabadda böyük razılıqla qarşılanmışdır. Reallaşan meliorasiya tədbirləri, nəhəng sənaye parklarının, müasir tələblərə cavab verən heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlığın inkişafına verilən güclü dəstək rayonda aqrar sektorun yüksəlişinə etibarlı zəmin yaratmışdır.

Pambıqçılığın inkişafı ilə bağlı son illər Sabirabadda xeyli işlər görülmüşdür. Əlavə torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi hesabına rayonda pambıq əkini sahələri ildən-ilə genişləndirilir, əkinlərin suvarma suyu ilə təmin edilməsində problemlər tədricən aradan qaldırılır. Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əlibəyli və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması məqsədilə mənbəyi Kür çayından olmaqla 30 kilometr uzunluğunda "H” kanalının tikintisi artıq başa çatmışdır. Layihə bölgəyə 11,498 hektar sahənin suvarma suyu ilə etibarlı təminatına imkan yaradır. Adları çəkilən kəndlərdə illərdən bəri davam edən su problemi artıq tamamilə aradan qaldırılmışdır.

Hazırda "Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinin icrasına başlanmışdır. Layihə həyata keçirildikdən sonra uzun illər suya həsrət qalmış 13866 hektar sahə suvarma suyu ilə təmin ediləcək. Bundan əlavə, rayon üzrə 54 su nasosu quraşdırılmış, 7 nasos əsaslı, 23 nasos cari təmir edilmiş, 4 yeni hidrotexniki qurğu quraşdırılmış, 258 hidrotexniki qurğuda əsaslı və cari təmir işləri görülmüş, 622 kilometr su kanalı, 257,6 kilometr diren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.

Bütün bu tədbirlər rayonda pambıqçılığın dinamik inkişafını təmin edir. Rayonda "MKT IK” MMC Sabirabad rayon filialı, "Azərpambıq” MMC, "P-Aqro” MMC, "Aqro Az” MMC birbaşa pambıqçılıqla məşğul olan müəssisələrdir. Həmin müəssisələrlə rayonun torpaq istifadəçiləri arasında bağlanmış müqavilələrə əsasən, cari il 8,630 hektar sahədə pambıq əkilmişdir. Yaxşı haldır ki, bu il pambıq əkini münbit olan pay torpaqlarında və azot edilmiş sahələrdə aparılmışdır. Bu da öz növbəsində yaxşı bitiş alınmasını, bitkilərin normal inkişafını təmin etmişdir.

Pambıq yığımına az qalır. Taraş qozalar yavaş-yavaş açılıb ağ lopalara çevrilir. Göz işlədikcə uzanan geniş tarlalar tezliklə başdan-başa ağ örpəyə bürünüb onu becərənlərin üzünü ağ edəcəkdir. Həmişə olduğu kimi, rayonun qabaqcıl fermerlərindən Mövsüm Nərimanovun, Fəxrəddin Əsgərovun, Baba Dövlətovun və Vaqif Abbasovun başçılıq etdikləri kollektivlər yenə də qabaqcıllıq nümunəsi göstərmək, yüksək məhsuldarlığa nail olmaq əzmindədirlər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video