Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Lənət” onu qazananlara nifrət aşılayır
“Lənət” onu qazananlara nifrət aşılayır
ANA SƏHİFƏ / Mədəniyyət
00:34 24.08.2019


YUĞ Dövlət Teatrında bolqar rejissoru Xristo Stoyçevin quruluşunda hazırlanan tamaşanın qayəsi belədir: lənətə gələn də insandır, ona bais olan da


Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixi çox qədimdir. Xalqlarımızın adət-ənənəsində, mətbəxində, hətta dekorativ-tətbiqi sənətdə istifadə etdiyi naxışlarda yaxınlıq, hətta eynilik belə kifayət qədərdir. Torpaqlarımızı min kilometrlər ayırırsa, aramızda bir oxşarlıq, bir doğmalıq kökdən gəlir...

Bu tarixi əlaqələrin mədəniyyət, o cümlədən teatr sənəti vasitəsilə qorunub saxlanması da zərurətdən doğur. Tanınmış bolqar teatr rejissoru Xristo Stoyçevin yenidən Bakıda olması mədəniyyət, əslində, Azərbaycan teatr tarixinə yazılacaq qədər əhəmiyyət daşıyır. Bu səfər tanınmış rejissorun Yuğ Dövlət Teatrında V.Şekspirin "III Riçard” pyesi əsasında nifrətə layiq olanlardan bəhs edən "Lənət” adlı tamaşa qurması ilə bağlıdır.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın rejissoru Günay Səttar, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva (Bolqarıstan), geyim rəssamı Elnarə Bəkirova olan "Lənət” iki heyətdə hazırlanır. Bəzi aktyorlar hər iki heyətdə rol alsa da, teatr iki fərqli quruluşda tamaşa qazanmış olacaq. Rolları əməkdar artistlər Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlardan Oktay Mehdiyev, Natəvan Qeybani, Zümrüd Qasımova, Əmrah Hacıyev, Təranə Ocaqverdiyeva, Elgün Həmidov oynayır.

Xristo Stoyçev Bolqarıstanda çox tanınmış sənətkar ailəsində dünyaya göz açıb. Atası Stoyçe Stoyçev aktyor-rejissor, anası Blaqorodna Stoyçeva isə aktrisa olub. Yəni ailə bütünlüklə teatra, səhnə sənətinə bağlı olub. Hər iki valideynini itirən Xristo Stoyçevin uşaqlığı teatrda keçib, ona görə də bu sahəyə vurğuncasına bağlanıb. O, səhnəarxası bütün işlərdə çalışıb, orada baş verənlərin şahidi olub.

Sofiya Universitetində həm ali rejissor, həm də teatrşünas ixtisasına yiyələnən Xristo rus dilini yaxşı bilir. Azərbaycan dilinə sevgi ilə yanaşan rejissor elə ilk gündən bəzi sözlərimizi məhəbbət və özünəməxsus şirinliklə işlədir.

Azərbaycan teatrı ilə əvvəllər də işbirliyi olub. Lakin Yuğ teatrında ilk dəfə tamaşa qurur. Maraqlı məqamlardan biri odur ki, rejissor nə indiyə kimi Azərbaycan teatrında səhnələşdirilməyən əsərə müraciət edib, nə də öz ölkəsinin milli dramaturgiyasına. Rejissorun V.Şekspirin "III Riçard”ını seçməsi və onun əsasında "Lənət” tamaşası hazırlaması heç də təsadüfi deyil: "Çoxdan istəyirdim ki, Şekspirin üç faciəsini - "III Riçard”, "Hamlet” və "Maqbet”i trilogiya kimi hazırlayım. İnşallah, bu istəyimi "Yuğ”da gerçəkləşdirə biləcəyəm.

Konkret olaraq "Lənət”ə gəlincə, illərdir Azərbaycan böyük ədalətsizlik, amansızlıqla üz-üzədir. Mənim ölkəmin əhalisi isə bu barədə az bilir. Qarabağ məsələsi, Xocalı soyqırımı haqqında düşünəndə ilk növbədə bunlar adama gərgin və mürəkkəb siyasi problem kimi görünür. Eləcə də digər ölkələrdəki, məsələn, Ukraynada, Suriyada baş verənləri götürək... Əslində, bütün bunların kökündə lənət durur. Lənətə gələn də insandır, lənətə bais olan da...”

Bolqar rejissorun bu məsələyə maraqlı və özünəməxsus yanaşması var: "Mənim üçün bu məsələ çox vacibdir: mən insanlardan soruşmaq istəyirəm ki, axı bunlar niyə baş verir? Nə üçün belə oldu? Mənim üçün komediya, yaxud faciəni səhnələşdirməyimin heç fərqi yoxdur. Tamaşaçıya öz quruluşumla məni düşündürən sualı verirəm. Məncə, yaxşı rejissor sual qoymağı bacarmalıdır”.

Haqlı və doğrudan da, düşündürücü sualdır: niyə insanlar lənətdən bu qədər asılıdır?

Yuğ teatrını seçməsinin səbəbinə gəlincə, əcnəbi rejissor burada da maraqlı fikir söyləyib: "Bilirsiniz, əcnəbi rejissorla işləmək sənə hər mətləbi öz dilində başa salan, səninlə eyni mədəni mühitdə yetişmiş rejissorla işləməkdən çətindir. Digər tərəfdən, assosiativ teatr onların alışdığı ifa tərzindən bir qədər fərqlidir. Əslində, bu fərqlilik aktyor üçün maraqlıdır. Mən onları çox sevirəm və birgə çalışmaqdan zövq alıram”.

Xristo Stoyçev Sofiyada fəaliyyət göstərən "Göz yaşı və gülüş” teatrında çalışır. Dünyada tanınan aktyor, rejissor Velyo Qoranov da bu teatrdadır.

Rejissor xalqlarımız arasındakı mədəni əlaqələrə toxunarkən qeyd etməyi unutmayıb ki, bolqarların Azərbaycan musiqisi, muğamları barədə bir qədər məlumatları var: "Elə buna görə də düşünürəm ki, Yuğ teatrının direktoru, mənim köhnə dostum İslam Həsənovla bizim teatrlar arasında qurduğumuz bu əlaqə həm də ölkələrimizin mədəni əməkdaşlığına təkan verəcək. Mən bu dəvətə görə Azərbaycanın Bolqarıstandakı səfirliyinə, Mədəniyyət Nazirliyinə minnətdaram”.

İllər öncə, o, Lənkəran teatrında tamaşa qurub. Deyir ki, Akademik Milli Dram Teatrı Bolqarıstanın İvan Vazov adına Milli Teatrı ilə yaradıcılıq ünsiyyətinə başlayıb. 2017-ci ildə Akademik Milli Dram Teatrının hazırladığı "İuda” mono-tamaşası isə Varna festivalında mükafat qazanmışdı. Azərbaycanda da beynəlxalq teatr festivalları keçirilir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM