Alternative content

13:58 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya və Çin ABŞ-ı yeni sürətlə silahlanmada ittiham edir
Rusiya və Çin ABŞ-ı yeni sürətlə silahlanmada ittiham edir
ANA SƏHİFƏ / DÜNYA
17:47 23.08.2019


Rusiya və Çin ABŞ-ı Vaşinqtonun ortamənzilli və yaxınmənzilli raketlər müqaviləsindən (OYRM) çıxmaq qərarı fonunda yeni sürətlə silahlanmaya başlamaqda ittiham etmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Moskva və Pekinin təşəbbüsü ilə srağagün BMT Təhlükəsizlik Şurasında bu yaxınlarda ABŞ-ın yeni qanadlı raketi sınaqdan keçirməsi ilə əlaqədar təcili iclas keçirilmişdir. Moskava və Pekin hesab edir ki, Vaşinqtonun hərəkətləri beynəlxalq təhlükəsizliyi təhdid edir.

Rusiyanın BMT yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Dmitri Polyanski iclasda çıxış edərkən bildirmişdir ki, dünya ABŞ-ın geosiyasi ambisiyaları üzündən sürətlə silahlanmanın bir addımlığındadır. Onun dediyinə görə, BMT Təhlükəsizlik Şurasının iclası ABŞ-ı ikiüzlülükdə ittiham etmək üçün çağırılmamışdır. Polyanski əlavə etmişdir ki, Rusiya qlobal inkişaf və təhlükəsizliyi təmin etmək üçün ABŞ-la ciddi dialoqa hazırdır.

Çinin BMT yanında daimi nümayəndəsi Çjan Szyun ABŞ Prezidenti Donald Trampın Pekinin iştirakı ilə yeni raket müqaviləsinin bağlanmasının zəruriliyi barədə bəyanatına şərh vermişdir. O qeyd etmişdir ki, ABŞ Çin mövzusundan OYRM-dan çıxmaq üçün bəhanə kimi istifadə etməməlidir. Diplomatın fikrincə, belə bir yanaşma kökündən yanlışdır və qeyri-məqbuldur.

Öz növbəsində ABŞ-ın BMT yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Conatan Koen Rusiyanı son on il ərzində OYRM-in şərtlərini pozmaqda itiham etmişdir. Onun dediyinə görə, ABŞ altı il Rusiyanı OYRM-i pozmamağa inandırmağa çalışmış, bundan sonra müqavilədən çıxmışdır. Koen qeyd etmişdir ki, Rusiya yeni 9M729 qanadlı raketləri hazırlamışdır və bu raketlər Avropa üçün təhlükədir. Diplomatın fikrincə, Çin yeni OYRM-in bir hissəsi olmalıdır, çünki Pekenin cəbbəxanalarında 2 min qadağan olunmuş raket var.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM