23 Avqust 2019 17:47
521
DÜNYA
A- A+

Sloveniya Xorvatiya ilə sərhəddə yeni divar inşa edir


Sloveniya Xorvatiya ilə sərhədinin cənubu boyunca əlavə divar inşa etməyə başlamışdır. "Röyter” agentliyinin xəbərinə görə, Sloveniya hökuməti bu divarın köməyi ilə qanunsuz olaraq ölkə ərazisinə daxil olan qaçqınların sayını azaltmaq niyyətindədir.

Sloveniya polisi cari ilin ilk yeddi ayında 7415 qeyri-leqal miqrant qeydə almışdır. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.

Ötən ay Sloveniya hökuməti Serbiyanın "Legi-SGS” şirkəti ilə Xorvatiya sərhədində 40 kilometrlik divarın tikintisi barədə müqavilə imzalamışdır. Bu iş başa çatdıqdan sonra divarın ümumi uzunluğu 219 kilometrə çatacaq və Xorvatiya ilə sərhədin təxminən üçdə birini əhatə edəcək.

Sloveniya ilk dəfə sərhədyanı divar inşasına 2015-ci il miqrasiya böhranı zamanı başlamışdır. O vaxt yarım il ərzində ölkədən təqribən 500 min qeyri-leqal miqrant keçmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video