Alternative content

13:57 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Braziliya meşə yanğınlarının öhdəsindən gələ bilmir
Braziliya meşə yanğınlarının öhdəsindən gələ bilmir
ANA SƏHİFƏ / DÜNYA
17:46 23.08.2019

Amazon meşələrində tüğyan edən yanğınları söndürmək üçün Braziliyanın imkanları yetərli deyil. Bu bəyanatla ölkə Prezidenti Jair Bolsonaru çıxış etmişdir.

Bir neçə gün əvvəl Milli Kosmik Tədqiqatlar İnstitutu məlumat vermişdi ki, cari ilin yanvarından avqustunadək Amazon meşələrində rekord sayda – təxminən 73 min yanğın qeydə alınmışdır. Bu, cəngəlliklərin məhv olmasına gətirib çıxarar, eyni zamanda aborigenlərin təhlükəsizliyinə təhdid törədər.

Braziliya ərazisində yanğınları söndürmək üçün Çili, Argentina və Venesuela köməklərini təklid etmişdir. Fransa Prezidenti Emmanuel Makron Amazon meşələrində yaranmış vəziyyəti beynəlxalq böhran kimi qiymətləndirmiş, G7 ölkələrini qarşıdan gələn sammitdə bu məsələni müzakirə etməyə çağırmışdır.

Amazon tropik meşələri 5,5 milyon kvadratkilometrlik sahəni tutur və planetin nəfəs aldığı oksigenin təqribən 20 faizini verir. BMT-nin məlumatına görə, son 50 il ərzində Amazonda bitki örtüyünün 17 faizi məhv olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM