23 Avqust 2019 17:26
442
DÜNYA
A- A+

Ermənistanın baş naziri Cermuxda etirazlarla qarşılanıb


Ermənistanın baş naziri Nikol Paşinyan xarici şirkətlərin mədən sənayesində mənfi nəticələr verən fəaliyyətinə qarşı etiraz edən Cermux sakinləri ilə görüşmək üçün bu rayona səfər edib. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hökumətin başçısı əhalinin etirazları ilə qarşılaşıb.

Kurort şəhəri olan Cermuxun onlarla sakini Paşinyanın gəlişi ilə bağlı etiraz aksiyası keçiriblər. Onlar Amulsar mədəninin istismarını dayandırmağı tələb ediblər. Baş nazir bildirib ki, onların etirazını başa düşür, amma bu məsələni daha təfsilatı ilə araşdırmaq lazımdır. Bundan sonra sakinlər hökumətin fəaliyyətsizliyinə qarşı şüarlar səsləndiriblər. Onlar ərazidən uzaqlaşan Paşinyanı əhatəyə alaraq ondan təcili tədbirlər görülməsini tələb ediblər. Baş nazir isə iddia edib ki, qızıl mədənlərinin bu ərazidə ətraf mühitə mənfi təsiri azdır.

Aksiya iştirakçılarından biri deyib ki, Nikol Paşinyan artıq xalqın səsini eşitmir. "Əgər o, özünə gəlməsə Serj Sarkisyanın taleyini yaşayacaq, bəlkə də ondan da pis vəziyyətə düşəcək”, -deyə Cermux sakini Qrayr Kostanyan bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video