Alternative content

18:44 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
ANA SƏHİFƏ / SİYASƏT
11:57 23.08.2019

Amerikanın "Jewish Journal” nəşri Azərbaycan haqqında çoxlu sayda məqalənin müəllifi və Xocalı faciəsinin möcüzə nəticəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi haqqında yazısını dərc edib.

AZƏRTAC xəbər verir ki, müəllif əsrlər boyu bütün planetdə həyatın ən vacib və fundamental sahələrində hüquqları məhdudlaşdırılan qadınların ağır vəziyyətini qeyd edib. Əlavə edib ki, ötən əsrdə dünyada zərif cinsin nümayəndələrinin həyatını kökündən dəyişən dramatik hadisələr baş verib.

D.Ağayeva yazıb ki, Azərbaycanda bu mütərəqqi proses digər ölkələrdən daha tez baş verib. 2019-cu il iyulun 21-də ölkədə qadın bərabərliyinin elan edilməsinin 100 illiyi qeyd olunur. Qadınlar üçün tam və bərabər hüquqların təmin olunması seçki hüququnun verilməsinə qədər başlayıb, lakin rəsmi olaraq 1919-cu il iyulun 21-də təsbit edilib. Belə ki, zərif cinsin 20 yaş və ondan böyük olan nümayəndələrinə səsvermədə iştirak etmək və ictimai vəzifələrə seçilmək üçün öz namizədliyini irəli sürmək hüququ verilib.

1918-ci ildə qurulan və müsəlman ölkələri arasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cinsiyyətindən, irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bərabərliyini elan edib. Respublikanın bütün vətəndaşlarına bərabər hüquqların tanındığını bəyan edən Azərbaycan bu tarixi nailiyyətlərə dünyanın bir çox ölkələrindən əvvəl, hətta 1920-ci ildə qadınlara səsvermə hüququ verən Amerika Birləşmiş Ştatlarından da öncə imza atıb. Əhalisinin əksəriyyətinin müsəlman olduğu nəzərə alındıqda, respublika üçün bu addım çox əlamətdar idi və dünyadakı hər hansı müsəlman ölkəsindən daha tez atılıb.

Ölkənin paytaxtı Bakıya səfər edən qonaqlar tez-tez şəhərdəki məşhur "Azad qadın” heykəlinə baş çəkirlər. Bu, nəzərləri gələcəyə yönəlmiş və çadradan xilas olmuş gözəl, məğrur və qüdrətli Azərbaycan qadınının rəmzidir. O, eyni zamanda, cəmiyyətimizin qadına münasibətini də təcəssüm etdirir.

Müəllif qeyd edir ki, Azərbaycanda qadınlar üçün yaradılan şərait, o cümlədən bu sahədə ölkənin beynəlxalq reytinqi yaxşılaşır. Məsələn, Dünya İqtisadi Forumunun 2018-ci ildə yaydığı Qlobal Gender Fərqi İndeksində Azərbaycan iqtisadi iştirak və imkanlar kateqoriyasında təkcə öz qonşuları Gürcüstan və Ermənistanı deyil, həmçinin Avropa İttifaqının bir çox ölkələrini, o cümlədən Avstriya, Fransa, Böyük Britaniya, Belçika, Niderland, İspaniya, Yunanıstan, Polşa və digərlərini geridə qoyub. Qadınların təhsil səviyyəsi üzrə kateqoriyada isə Azərbaycan bir çox inkişaf etmiş ölkələri, o cümlədən Birləşmiş Ştatları da qabaqlayıb.

D.Ağayeva məqaləsinin sonunda yazır: "Bizim ölkədə Birinci vitse-prezident Mehriban Əliyeva, zərif cinsin parlamentdə təmsil olunan 21 üzvü, Ali Məhkəmənin hakimləri, o cümlədən yəhudi millətindən olan Tatyana Qoldman və digərləri kimi çox gözəl lider qadınlar var”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM