23 Avqust 2019 00:22
901
İDMAN
A- A+

Sumqayıtda xatirə turniri keçirildi


Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə M.Hüseynzadə adına stadionda Əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə 2010-cu il təvəllüdlü yeniyetmələr arasında respublika turnirinə yekun vurulmuşdur.

Tədbirin açılış mərasimində bildirildi ki, bu gün Sumqayıt idmançıları beynəlxalq turnirlərdə uğurlara imza atırlar. Son illər tikilib istifadəyə verilmiş şahmat məktəbi, yaşayış massivlərində yaradılmış miniidman zalları gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Belə zallardan dünyanın iri idman arenalarına çıxan gənclər onlara göstərilən etimadı doğruldur, ölkəmizə medallarla qayıdırlar.

Daha sonra turnirə start verildi. Sumqayıtın 6 komandası ilə yanaşı, Bakının 3 komandası, Füzuli, Siyəzən və Şabran rayonlarının komandaları qalib adı uğrunda mübarizə apardı. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda "Sabah”, "Sumqayıt” və "Ərgünəş” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutdular.

Turnirin qalib və mükafatçıları fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olundular.

A.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video