22 Avqust 2019 13:21
463
DÜNYA
A- A+

Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər


Ermənistanda etirazlar səngimir. Bu dəfə əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib. Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. Valideyn Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib. Valideynin sözlərinə görə, oğlu bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Övladının hərbi hissənin komandir müavini tərəfindən döyüldüyünü deyən narazı valideyn vurğulayıb ki, həmin şəxs oğluna işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib. Etirazçılar bildiriblər ki, müdafiə naziri onları qəbul etməsə aksiyanı dayandırmayacaqlar.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində müdafiə nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, müdafiə nazirliyinin yüksəkrütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktlar bağlı cinayət işi də açılıb, istintaq gedir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video