Alternative content

20:50 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:48 22.08.2019

Avqustun 22-də Bakı Konqres Mərkəzində XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu tədbirin ölkəmizdə ilk dəfə olaraq keçirildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Nazir müavini Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan qanunvericilik aktları, dövlət proqramları haqqında məlumat verib. O, ölkəmizdə qan donorluğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclərin sağlamlığına xüsusi diqqət yetirildiyini, gənclərə dair qəbul olunan proqramlarda qan donorluğuna yer ayrıldığını diqqətə çatdırıblar. Onlar gənclər arasında belə aksiyaların keçirildiyini vurğulayıblar.

Tədbir məruzələrlə davam etdirilib.

Qeyd edək ki, avqustun 21-dən 25-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin Birgə Təşkilatçılığı ilə gənclər üçün XIX Beynəlxalq Gənclər Forumu keçirilir. Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirməkdir. Forumda 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının, Beynəlxalq Gənclər Komitəsinin rəhbər şəxsləri iştirak edirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM