Alternative content

20:49 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda hakimiyyətlə xalq arasında uçurum daha da dərinləşir
Ermənistanda hakimiyyətlə xalq arasında uçurum daha da dərinləşir
ANA SƏHİFƏ / SİYASƏT
00:25 22.08.2019


İşğalçı ölkədə ictimai-siyasi vəziyyət sürətlə gərginləşir


Ermənistanda ən böyük problemlərdən biri ölkədə miqrasiya tempinin yeni vüsət alması, daha çox sayda insanın xaricə üz tutmasıdır. Hesab edilir ki, Ermənistanın gələcəyi ilə bağlı nikbin olmayanlar indiki durumda müxtəlif xarici ölkələrdə məskunlaşmağı ən yaxşı çıxış yolu sayırlar. Məhz bu səbəbdən miqrasiya ilə bağlı yenidən həyəcan təbili çalınır.

Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan və onun komandasının fəaliyyəti nəticəsində Ermənistanın boşalması davam edəcək. Bunun əsas səbəbi kimi qeyd edilir ki, məhz yeni iqtidarın yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, daha nə vaxtsa artacağı şübhə altındadır.

Vəziyyətin sosial-iqtisadi müstəvidə gərginləşməsi fonunda isə bu günlərdə paytaxt Yerevanda növbəti etiraz aksiyası keçirilib. Narazı kütlə parlamenti mühasirəyə alıb, paytaxt Yerevanın əsas yollarını bağlayıblar.

Hadisə yerinə daxili qoşun qüvvələri cəlb olunub. İnsident nəticəsində 30-a yaxın etirazçı saxlanılıb. Etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var.

Yerli mətbuatın verdiyi xəbərə görə, parlamenti mühasirəyə alan əhali Nikol Paşinyan ilə görüşmək istədiklərini bildiriblər. Onlar qeyd ediblər ki, İcevandakı, Gümrüdəki problemlərin nə vaxt həll olunacağını baş nazirdən öyrənmək istəyirlər.

Etirazçıların fikrincə, əvvəl olduğu kimi, bu gün də ölkə talanır. Ölkədəki binaların 80 faizi qəzalı vəziyyətdədir. Bu səbəbdən ailələrin böyük əksəriyyəti gecəni küçələrdə keçirirlər. Bundan başqa, Ermənistanda işsizlər ordusunun sayı 47 min nəfərdən çoxdur. 50 mindən çox insan ölkəni tərk edib. Aksiya iştirakçıları N.Paşinyana xəbərdarlıq edərək bildiriblər ki, problemlər öz həllini tapmasa parlamentin qarşısında narazı kütlənin sayı artacaq.

Yerli medianın verdiyi xəbərlərə görə, yaranmış ağır durum fonunda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir. Bazarlardakı satıcılar bildirirlər ki, qiymətlərin baha olması ilə əlaqədar alış-veriş kəskin azalıb. Satıcılardan biri deyib: "Bizdə almaların kiloqramı 3 dollara, armud 4 dollara yaxındır. Ona görə də insanlar bazara gəlmirlər. Onların pulu yoxdur, necə alış-veriş etsinlər?”

Bazarlardakı qiymətlərdən daha çox pensiyaçılar şikayət edirlər. Onlar 60 dollar həcmində pensiya aldıqlarını, bununla alış-verişin mümkün olmadığını vurğulayırlar.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Ermənistanın Ədliyyə Nazirliyi ölkədə zorakılığa çağırışlara və zorakılığı təbliğ edənlərə qarşı cinayət cəzasının tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıb. Maraqlıdır ki, təşəbbüs bir müddət əvvəl hökumət iclasında cəmiyyətdə zorakılığa yer olmadığını bəyan edən baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.

"Qolos Armenii” saytı ölkə rəhbərinin bu təşəbbüsünün altında nələr gizləndiyini üzə çıxararaq oxucularını o qədər də intizarda qoymur. Erməni saytı qanun layihəsi kimi təqdim edilən "zorakılığa çağırışlar” və "zorakılığın təbliği”nin nə demək olduğunun layihə müəlliflərinin anladığına şübhə ilə yanaşır: "Heç bir beynəlxalq hüquq sənədlərində bu anlayışlar dəqiq şəkildə ifadə olunmur. Bu baxımdan dünyanın bir çox ölkələri bizi barmaqla göstərib "həsəd” aparacaq, lap elə "paxıllıqdan” öləcəklər. Bu qanun layihəsi paralel olaraq söz azadlığına da təsir edəcək. Təklif edilən qanun layihəsi beynəlxalq hüququn əsas tələblərinə tam əsaslanmır və bu, söz azadlığının məhdudlaşdırılmasına da səbəb olacaq. Bu layihə Ermənistanda "qanuni” fəaliyyət göstərən prokuror və hakimlərin köməyi ilə tənqidçi jurnalistləri, eləcə də siyasi rəqibləri məhv etmək üçün vasitədən başqa bir şey deyil”.

"Joxovurd” qəzeti yazır ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətdə yerini daha da möhkəmlətmək üçün bütün addımları atacaq və ölkənin tənəzzülü daha da sürətlənəcək. Bildirilir ki, bu, Ermənistanın durumunu daha da ağırlaşdıracaq ki, elə ictimaiyyət də məhz bundan narazıdır. Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsi gözlənilir. Bu isə Ermənistanı növbəti vətəndaş qarşıdurmasına da sürükləyə bilər.

Görünən odur ki, hazırda işğalçı ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM