21 Avqust 2019 21:46
471
CƏMİYYƏT
A- A+

Qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların hüquqlarının bərpasına dair konfrans keçiriləcək


"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Helsinkidə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına dair beynəlxalq konfrans keçirəcək.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, məqsəd 1988-ci ildə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalması, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı ilə 700 minədək vətəndaşımızın torpaqlarını tərk etməsi barədə həqiqətləri Skandinaviya ölkələri ictimaiyyətinin diqqətinə çatdırmaqdır. 1988-ci ildən bəri doğma yurdlarından didərgin düşmüş bir milyonadək qaçqın və məcburi köçkünün pozulmuş hüquqları bərpa olunmayıb. Ermənistan işğal altındakı torpaqların dərhal və qeyd-şərtsiz azad edilməsi barədə beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin tələblərini hələ də yerinə yetirməyib.

Layihə çərçivəsində Ermənistanın işğalçılıq siyasəti pislənərək Azərbaycana qarşı torpaq iddiası xüsusi vurğulanacaq, torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpası tələb ediləcək. Həmçinin kitabça, buklet, flayer və sair çap məhsulları hazırlanaraq yerli ictimaiyyətə paylanacaq, Azərbaycanın milli-mədəni irsi barədə məlumat veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video