21 Avqust 2019 18:57
545
DÜNYA
A- A+

Tramp Qrenlandiya üzündən Danimarkaya səfərini təxirə saldı


ABŞ Prezidenti Donald Tramp Danimarkaya planlaşdırdığı səfəri təxirə salmışdır. O, bu qərarı Danimarkanın Baş Naziri Mette Frederiksenin ABŞ Prezidenti ilə Qrenlandiya adasının satışı imkanını müzakirə etmək istəmədiyini bildirəndən sonra qəbul etmişdir.

Tramp Twitterdə yazmışdır: "Danimarka fövqəladə ölkədir, gözəl xalqı var. Baş Nazir Mette Frederiksenin Qrenlandiyanın satışını müzakirə etməyə marağı olmadığını bildirəndən sonra planlaşdırılmış görüşümüzü təxirə salıram”. Eyni zamanda Prezident Baş Nazir Frederiksenə sözü birbaşa dediyinə görə təşəkkür etmişdir: "Baş Nazir səmimiliyi ilə həm ABŞ, həm də Danimarka üçün bir çox məsrəfləri və səyləri qənaət etmişdir. Buna görə ona təşəkkür edirəm”.

Tramp gələn ayın 2-3-də Danimarkada səfərdə olmalı idi. O, Danimarka rəhbərliyi ilə Arktika məsələlərini müzakirə etmək niyyətində idi.

Frederiksen Trampın Qrenlandiyanı satın almaq planına sərt reaksiya vermişdi. Baş Nazir yerli KİV-ə müsahibəsində demişdi: "Qrenlandiya satılmır. Qrenlandiya Danimarka deyil. Qrenlandiya Qrenlandiyaya məxsusdur. Çox ümid edirəm ki, bu, ciddi deyilməyib”.

Danimarka kral xanədanının rəsmi nümayəndəsi Lene Ballebyu bildirmişdir ki, Trampın Danimarkaya səfərini təxirə salması sürpriz olmuşdur. O qeyd etmişdir ki, "bu, gözlənilməz idi və məsələ ilə bağlı nəsə deyə bilmərik”.

Danimarkalı siyasətçilər ABŞ liderinin qərarından hiddətlənmiş və səfərin təxirə salınmasını yox, ləğv olunmasını təklif etmişlər, çünki danimarkalıların "başqa işləri var”. Onlar Trampın təklifinin təhqiramiz, Prezidentin özünü isə ağılsız saymışlar. Siyasətçilər Trampa Alyaskanı satışa çıxarmağı təklif etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video