21 Avqust 2019 18:57
436
DÜNYA
A- A+

Avstraliya ABŞ-ın hərbi missiyasına dəstək verəcək


ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi işində ABŞ-a qoşulacaq və İran körfəzinə məhdud hərbi kontingent göndərəcək. Bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison məlumat vermişdir.

Hökumətin başçısı qeyd etmişdir ki, Avstraliya regionda gəmilərin sərbəst hərəkətini təmin etmək məqsədilə beynəlxalq səylərə miqyas və zaman baxımından məhdud töhfə verəcək. Morrison əlavə etmişdir ki, Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi işində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Avstraliyanın milli maraqlarına cavab verir, çünki ölkənin aldığı neftin 25 faizi Hörmüz boğazından keçir.

Məlumata görə, Avstraliya hərbi missiya çərçivəsində İran körfəzinə hərbi gəmi, müşahidə təyyarəsi, 200 əsgər və zabitdən ibarət məhdud kontingent göndərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video