Alternative content

03:23 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər nəhəng zəlzələlərin necə başlanmasını araşdırıblar
Alimlər nəhəng zəlzələlərin necə başlanmasını araşdırıblar
ANA SƏHİFƏ / Elm və texnika
18:53 21.08.2019

Alimlər bəyan edirlər ki, irimiqyaslı zəlzələlər barədə əksər hallarda qabaqcadan xəbər tutmaq mümkündür. Onların tədqiqatları sübut edib ki, fəlakətlərin başlanğıcı kiçik zəlzələlərdir (forşoklardır). Bəzən bu zəlzələlər əsas hadisədən hətta bir neçə həftə əvvəl başlayır.

Seysmoloq Daniel Truqmanın tədqiqatında deyilir: "Zəlzələlərin seysmologiyasında ən əsas məsələlərdən biri onların necə başlanmasıdır. Biz aşkar etdik ki, zəlzələlərin əksəriyyətindən əvvəl forşoklar baş verir. Biz bunları müasir texnikanın köməyi ilə müşahidə edə bilərik”.

AZƏRTAC "vesti.ru” saytına istinadla xəbər verir ki, alimlər əvvəllər baş verən bütün mülayim zəlzələlərin yarısından qabaq daha kiçiklərinin baş verməsini qeyd ediblər. Lakin Cənubi Kaliforniyada 2008-ci və 2017-ci illər arasında olan dövrdə 4 bal maqnitudalı zəlzələlərin yeni tədqiqatı göstərib ki, onların azı 72 faizindən əvvəl daha az nəzərəçarpan zəlzələlər baş verib.

"Forşokların yüksək aktivliyi Cənubi Kaliforniyada geniş yayılıb”, - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Tədqiqatın Kaliforniya Texnoloji Universitetindən olan həmmüəllifi Zaxari Ross yeni nəticələri belə şərh edir: "Bu, heyrətamizdir. Zəlzələlərin qanunauyğunluqlarının başa düşülməsindən ötrü bu, çox mühümdür”, - deyə ekspert əlavə edib.

Tədqiqata görə, ardıcıl forşoklar haradasa əsas zəlzələyə 3-35 gün qalmış başlaya bilər.

Lakin zəlzələlərin necə inkişaf etməsini başa düşmək alimlərə təkrar təkanların proqnozlaşdırılmasında kömək ola bilər. Müvafiq olaraq, bu, insanlar üçün potensial riski daha yaxşı dəyərləndirməyə yardım edərdi.

"Biz statistik xarakter daşıyan proqnozlaşdırmalara doğru məqsədyönlü şəkildə hərəkət edirik”, - deyə Truqman yazır.

Rossun sözlərinə görə, bu kəşf, həmçinin zəlzələlər haqqında qabaqcadan xəbərdarlıq sisteminin işini sürətləndirməyə kömək edə bilər. "Mikrotitrəyişləri” qeydə alan və onların dinamikasını izləyən kompüterlər nəticələri hesablaya və zərurət yarandığı halda yaxınlaşan fəlakət barədə daha tez xəbər verə bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM