21 Avqust 2019 18:13
464
CƏMİYYƏT
A- A+

Yanğının söndürülməsi işləri davam etdirilir - Hirkan Milli Parkından reportaj


Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin iki helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində hələ də tüstülənmə müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 hektar ərazini əhatə edir. Mürəkkəb relyefə malik ərazidə texnikaların hərəkəti mümkün olmadığı üçün yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yerli sakin Qorxmaz Hüseynovun sözlərinə görə, Lənkəranın Təngivan kəndindən başlayan yanğın Lerik meşələrinə doğru irəliləyib: "Yanğından xəbər tutan kimi kənd sakinləri vaxtında Fövqəladə Hallar Nazirliyinə zəng etdi. Nazirlik dərhal hadisə yerinə canlı qüvvə və texnika göndərdi və yanğının söndürülməsinə başlanıldı. Məhz onların köməyi sayəsində yanğının kəndə doğru irəliləməsinin qarşısı alındı. Sağ olsunlar, hazırda yanğının söndürülməsi işləri davam edir. Biz sakinlər də onlara bu işdə yaxından kömək edirik”.

Hirkan Milli Parkının ərazisində quru ot örtüyü və qurumuş ağacların sayı çox olduğuna görə yanğın yayılıb. Bu barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib: "Buna baxmayaraq, həm nazirliyimizin əməkdaşları, həm də FHN-nin əməkdaşlarının birgə səyi ilə yanğın artıq lokallaşdırılıb. Qısa zaman ərzində yanğının söndürülməsini təmin edəcəyik. Yanğının söndürülməsi zamanı bura cəlb olunan əməkdaşlar hər hansı xəsarət almayıb. Hazırda yanğının söndürülməsi davam edir”.

Aidiyyəti qurumlar yerli sakinləri meşəlik ərazilərdə odla ehtiyatlı davranmağa çağırır. Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında yanğının başvermə səbəbi kimi insan faktoru istisna edilmir.

Ağaqardaş Qaraşov qeyd edib ki, insanların kiçik bir səhlənkarlığı, odla ehtiyatsız davranması nəticəsində belə yanğınlar baş verə bilir: "Ona görə də vətəndaşlara müraciət edərək bildiririk ki, meşə sahələrinin, milli parkların və qoruqların sərhədində yerləşən kənd sakinləri odla ehtiyatlı davransınlar. Meşə sahələrinə daxil olarkən yanğın törədən vasitələrdən istifadə etməsinlər. Belə hallar baş verdikdə dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat versinlər”.

Hazırda ərazidə yanğın davam edir. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi ilə birgə araşdırmalara başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video