Alternative content

20:50 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neft və qaz əsas iqtisadi potensial olaraq qalır
Neft və qaz əsas iqtisadi potensial olaraq qalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:45 21.08.2019


Bu, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bir daha vurğulanıb


Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, ölkədə böyük infrastruktur layihələri icra olunur. Bu ilin əvvəlindən qarşıya qoyulan vəzifələr də müvəffəqiyyətlə yerinə yetirilir.

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu barədə ətraflı bəhs olunub. Eyni zamanda qeyd edilib ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır. İnkişaf dayanıqlı olmalıdır və burada qeyri-neft sektorunun üzərinə mühüm vəzifə düşür. Bununla belə, neft-qaz sektorunun iqtisadi inkişaf üçün əsas sektor olaraq qaldığı vurğulanıb.

Dövlət başçısı bu barədə belə demişdir: "Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb... "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.

"Əsrin müqaviləsi”ndən sonra yeni start götürən Azərbaycan neft-qaz sənayesi son 15 ildə daha böyük yüksəlişə nail olub. 1997-ci ilin noyabrında "Çıraq” platformasından ilkin neft çıxarılandan bəri "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində hasilat ahəngdar davam edir. Hazırda AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Onların 6-sı hasilat platformasıdır. 2005-ci ildə ilk yükünü qəbul edən Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə tam bir sistem kimi işə düşüb. Ötən illər ərzində Azərbaycan özünü həm də qaz ixrac edən ölkə kimi təsdiqləyib. 12 ildən çoxdur Gürcüstana və Türkiyəyə "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qaz nəql olunur. Bakı-Tbilisi-Ərzurum kəmərinin uğurlu fəaliyyəti ölkəmizə imkan verib ki, daha uzaq məsafələrə qaz dəhlizi açaq. Artıq "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü hazırdır. Bir ildən çoxdur Türkiyəyə həm də TANAP-la (Transanadolu Qaz Boru Kəməri) mavi yanacaq çatdırılır. Bu, "Şahdəniz-2”nin qazıdır. Tikintisi sona yaxınlaşan TAP (Transadriatik Qaz Boru Kəməri) gələn il mavi yanacağı neçə-neçə Avropa ölkəsinə də nəql edəcək.

Neft-qaz layihələri Azərbaycana böyük gəlirlər gətirir və gələcəkdə onların həcmi daha da artacaq. Keçən il ölkəmizdə 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil olunub. Bu rəqəmlər neftin Azərbaycan üçün qara qızıl olaraq qaldığını təsdiqləyir. Xəzərin dərinliklərindən çıxarılan mavi yanacaq isə Azərbaycanın həm qaz ixrac edən ölkə kimi şöhrətini, həm də gəlirlərini artırır. Bu barədə Prezident İlham Əliyev cari ilin yanvar ayında keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda belə demişdir: "Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub”.

Qeyd edək ki, 1997-ci ilin payızından 2018-ci ilin sonunadək AÇG yataqlarından 3,5 milyard barel neft hasil olunub. 2006-cı ildə "Şahdəniz” yatağından ilk qazın çıxarıldığı vaxtdan keçən ilin sonunadək 100 milyard kubmetr mavi yanacaq əldə edilib. Bu barədə BP Azərbaycan şirkətinin 2018-ci ilə aid "Davamlı inkişaf haqqında hesabat”ında məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatında AÇG və "Şahdəniz” üzrə əldə olunan gəlirlər açıqlanıb. Belə ki, AÇG-dən 2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. AÇG yataqlarından cari ilin əvvəlindən həmin vaxtadək gələn gəlir 5 milyard 160 milyon dollar təşkil edib. O cümlədən "Şahdəniz” kondensatının satışından 7 ay ərzində gəlir 209 milyon dollar olub.

"Şahdəniz” yatağı üzrə qazın satışından əldə edilən ümumi gəlirlər isə 2007-ci ildən bu il iyulun sonunadək 2 milyard 703 milyon dollara çatıb.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli” yataqları üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Azərbaycanın neft-qaz potensialının böyük olduğunu bir daha sübut etdi. 2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Azərbaycanda neft və qaz hasilatı ahəngdar davam edir. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin 6 ayında bu sektorda qazanılan uğurların təqdirəlayiq olduğu vurğulanıb.

Belə ki, birinci yarımillikdə AÇG platformalarından ümumilikdə 98 milyon bareldən çox, yəni 13 milyon ton neft hasil olunub. Gündəlik orta hasilat 542 min 400 barel təşkil edib. Yarım il ərzində BTC kəməri vasitəsilə 16 milyon ton xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib. Sözügedən dövrdə "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından ümumilikdə 8,4 milyard standart kubmetr qaz və 14,4 milyon barel kondensat hasil edilib.

Bütün bunlardan əlavə, Azərbaycan neftçiləri qurudakı və dənizdəki köhnə yataqlardan da neft və qaz çıxarırlar. Hasilatın sabit saxlanılması və artırılması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Keçən il dekabrın 24-də "Bulla-dəniz” yatağında istismara verilmiş yeni stasionar özül buna aydın misaldır. Daha onlarca belə misal göstərmək olar. Yəni ölkədə həyata keçirilən meqalayihələrlə paralel olaraq daxili istehsalın vacibliyi də diqqət mərkəzindədir.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti neftdən və qazdan əldə olunan gəlirləri qeyri-neft sektorunun şaxələndirilməsinə, insan kapitalının inkişafına yönəldir. Bu gəlirlər eləcə də böyük nəqliyyat layihələrinin gerçəkləşməsinə imkan yaradıb. Nəticədə Azərbaycan təkcə regionun deyil, bütün Avrasiya məkanının nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlara görə də dövlət iqtisadiyyatın çoxşaxəli inkişafını qarşıya prioritet kimi qoyub, həm neft və qaz sənayesində, həm də digər sahələrdə görülən işlərin daim gündəmdə qaldığını bəyan edib.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM