Alternative content

20:54 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərişıq” ASC qərb regionunda yenidənqurma işlərini davam etdirir
“Azərişıq” ASC qərb regionunda yenidənqurma işlərini davam etdirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 21.08.2019


"Azərişıq” ASC ölkənin regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini qərb regionunda da davam etdirir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur.

Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2019-cu ilin 8 ayında qərb regionunda bir sıra əhəmiyyətli işlər həyata keçirilib və hazırda davam etdirilir.

Belə ki, Gəncə şəhərində yeni salınmış 35/10 kV-luq "Məhsəti” yarımstansiyasını elektrik enerjisi ilə təchiz etmək məqsədilə 110/10 kV-luq "Yeni-Gəncə” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluğunda 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sözügedən qəsəbədə yeni 10 kV-luq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Gəncə şəhərindəki 110/10 kV-luq "Mərkəz” və 35/6 kV-luq "Vağzalyanı-1” yarımstansiyaları yenidən qurularaq istifadəyə verildikdən sonra istehlakçılar 24 saat dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Eyni zamanda şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri quraşdırılır, hava xətləri çəkilir. Bütün bunlarla yanaşı, şəhər ərazisində yeni salınmış yaşayış massivlərində "Azərişıq” ASC tərəfindən verilmiş texniki şərtlərin icrası ilə bağlı (yeni sayğacların quraşdırılması üçün) 0,4 kV-luq şəbəkələr qurulur. Belə ki, həmin ərazilərdə 396 ədəd 0,4 kV-luq yeni metal boru dayaqlar quraşdırılmışdır. 10 km-dən artıq məsafədə yeni ÖİN (SİP kabel) çəkilmişdir.

Şəmkir Elektrik Şəbəkəsi üzrə 110 və 35 kV-luq yarımstansiyalarda və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılmış, 35 kV-luq "I Şəmkir” h/x-də 46 ədəd çürük dayaq yeni metal dayaqla əvəz olunmuşdur.35 kV-luq C.Cabbarlı h/x-də 25 ədəd aralıq və 4 ədəd ankerdayaq dəyişdirilmişdir. Şəbəkənin xidməti ərazisində 558 ədəd yeni sayğac quraşdırılmış,1769 ədəd sayğac yenisi ilə əvəzlənmiş, 660 ədəd sayğac isə çölə çıxarılmışdır.

Ağstafa Elektrik Şəbəkəsi üzrə 110 və 35 kV-luq yarımstansiyalarda və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri görülmüşdür. 110/35/10 kV-luq 2x20 mVA gücündə olan "Ağstafa” yarımstansiyası tamamilə yenidən qurularaq yerində müasir standartlara cavab verən 110/35/10 kV-luq 2x25 MVA gücündə yarımstansiya tikilmişdir. 10/35/10 kV-luq "Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə əlaqədar ərazidəki 110 kV-luq 5,6,7-ci "Ağstafa” h/x-də 450 ədəd qüsurlu PS-70 izolyator və 1500 kq AS-185 markalı naqillər dəyişdirilmişdir. 5 ədəd 110 kV-luq dayaq rənglənmişdir. 110/35/10 kV-luq "Ağstafa” yarımstansiyasından çıxarılmış 1 x 20 mVA gücündə olan transformator quraşdırılması üçün 110/10 kV-luq "Poylu- Dartı” yarımstansiyasına daşınmışdır.

Samux, Qazax, Gədəbəy, Tovuz, Daşkəsən və Göygöl Elektrik Şəbəkələri üzrə də yeni yarımstansiyalar inşa olunur, hava xətləri yenilənir. Bütün rayonlarda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM