Alternative content

20:48 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 6 ayda 6 faiz artım
6 ayda 6 faiz artım
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:31 21.08.2019


Dövlət Statistika Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği haqqında məlumatı açıqlayıb.

Bildirilir ki, 6 ayda bu məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 1 milyard 854,8 milyon manata çatmışdır. Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil etmişdir.

Cari il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi ailə başçısını itirdiyinə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olmuşdur.

Xatırladaq ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli qanuna əsasən, bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən edilmişdir.

Məlumatda daha sonra bildirilir ki, cari il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 68 min, əlilliyə görə 173 min, ailə başçısını itirməyə görə 47,1 min, sağlamlıq imkanları məhdud olduğuna görə 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər qeydə alınmışdır.

Bundan əlavə, sözügedən dövrdə əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət ödənilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan, eləcə də Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsi 16,1 min uşaq üçün aylıq müavinət almışdır. Eyni zamanda, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və 5-dən çox uşağı olan 2,7 min qadına sosial müavinət verilmişdir.

Hesabat dövründə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər ödənilmişdir. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən kimi kompensasiya alan şəxslərin sayı isə 380 nəfər olmuşdur.

Sonda məlumat verilir ki, Prezident təqaüdü təyin edilmiş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfərə çatmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM