20 Avqust 2019 22:05
507
SİYASƏT
A- A+

Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb


Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış "MiQ-29” təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib, qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video