Alternative content

02:45 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:42 19.09.2019 İLHAM ƏLİYEV yolu
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan Aprel döyüşləri iştirakçılarına sahib çıxmır
Paşinyan Aprel döyüşləri iştirakçılarına sahib çıxmır
ANA SƏHİFƏ / SİYASƏT
01:06 20.08.2019


Ermənistanda etiraz aksiyaları səngimir


Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə müsbət istiqamətdə yeniliklərin olacağına dair gözləntilərin özünü doğrultmadığı artıq tam təsdiqini tapmaqdadır. Elə bunun bir real təzahürü dövlət qulluqçularının, hərbçilərin əməkhaqlarının azaldılmasıdır.

"Lragir” nəşri yazır ki, ölkədə artan iqtisadi böhran dövlət qurumlarının fəaliyyətinə, eləcə də maliyyələşməsinə ciddi problemlər yaradıb. Qeyd olunur ki, böhran səbəbindən bundan əvvəlki dövrdə dövlət qulluqçularının, hərbçilərin əməkhaqları 40 faizə qədər azaldılıb, əksər qurumlarda işçilər arasında ixtisarlar gedib.

Ölkədə etiraz aksiyaları da səngimir. Aksiyaların hədəfi müxtəlifdir. Bəziləri əvvəlki kütləvi etirazlar zamanı irəli sürdükləri tələb və problemləri bir daha baş nazirin yadına salırlar. Bu günlərdə Yerevanda Ermənistan hökuməti binası qarşısında "Ermənistan Ekoloji Cəbhəsi” adlı təşkilatın üzvləri mitinq keçirib. Aksiya iştirakçıları Cermux yaxınlığındakı Əmulsar (Əmulsarı) qızıl mədəninin fəaliyyətini dayandırmağı tələb edirlər.

Həmin mədənin istismarı ilə bağlı məlumatların qəsdən gizlədilməsinə görə yaradılan istintaq qrupunun rəhbəri Yuriy İvanyan jurnalistlərlə görüşü zamanı mədənin Cermux mineral sularına və ümumiyyətlə, ətraf mühitə hər hansı zərərli təsirinin aşkar olunmadığını bildirmişdi. Mitinq iştirakçıları isə ekspertizanın ötəri təşkil olunduğunu, mədənin fəaliyyəti nəticəsində Cermux sakinləri və ətraf mühit üçün fəlakətə səbəb olacaq hadisələrin baş verəcəyini düşünürlər.

Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqlarının işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb. Polis hökumət binasına zorla daxil olmaq istəyən aksiya iştirakçılarının qarşısını alıb və bildirib ki, bu ərazi xüsusi mühafizə olunan obyektdir. Qanun keşikçiləri ilə etirazçılar arasında qarşıdurma davam edib.

Hadisələrin bu səpkidə getdiyi bir vaxtda işğalçı ölkənin hərbisində də vəziyyətin kifayət qədər acınacaqlı olduğu bildirilir. Bu günlərdə sosial şəbəkələrdə daha bir erməni döyüşçünün düçar olduğu acınacaqlı vəziyyətlə bağlı paylaşmalar yayılıb. Belə ki, dövlət Aprel döyüşləri iştirakçısı Hayk Sexilyanın xaricdə müalicə olunması haqqında müraciətini rədd edib.

Vurğulayaq ki, Ermənistanda Aprel döyüşlərində xəsarət alanlara da münasibət fərqlidir. Azərbaycanda bu qəbildən olan insanlara yüksək ehtiram olduğu halda, Ermənistanda bunun tamam əksidir. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri hələ də dövlətdən yardım ala bilməmələrindən gileylənirlər. Üstündən uzun müddət keçməsinə baxmayaraq, Aprel döyüşlərinin iştirakçısı olan erməni hərbçilərinin üzləşdikləri çətinliklər və problemlərlə bağlı mütəmadi olaraq mətbuatda məlumatlar yayılır. Faktlar yetərincədir.

H.Sexilyan qeyd edib ki, ötən il qəlpə hələ 1 sm onurğa beynindən uzaq olarkən, həkimlər müdaxilə etməkdən çəkinərək İsveçrəyə getməyini məsləhət görüblər. Bildirib ki, artıq iki aydır bu məsələ ilə Paşinyanın müşaviri məşğul olsa da, ortada heç nə yoxdur: "Səhiyyə Nazirliyi xaricdə müalicə olunmağımın rədd edilməsini, Almaniyadan daxil olan cavab məktubunda mənim 100 faiz addımlaya biləcəyimə zəmanət verilməməsi ilə əsaslandırır. Nazirliyin bu cür səbəb göstərməsini əsassız hesab edirəm. İstənilən həkim yanına gedək, adi angina əməliyyatına zərurət olduğunu desək, kim 100 faizlik zəmanət verəcək. Tibb dünyasında, istisnasız olaraq, zəmanət yoxdur və onlar da bunu istəyirlər. Problemlə bağlı mətbuatda məsələ qaldırıldıqdan sonra baş nazirin müşaviri zəng edərək deyib ki, son 1 ay yarım ərzində məsələ ilə məşğul olub, sənədlər bu və ya digər mərhələdədir. Dostlarım tərəfindən açılmış hesabda hazırda 8619 ABŞ dolları vəsait toplanıb, cərrahiyyə əməliyyatının dəyəri isə 35 000 avrodur”.

Hazırda Aprel döyüşlərinin verdiyi ağır nəticələrlə bağlı işğalçı ölkənin mətbuatında və sosial şəbəkələrdə müxtəlif yazılar, şərhlər dərc edilir. Ermənistanda bunun qarşısını almağa nə qədər çalışsalar da, yenə də mütəmadi olaraq Aprel döyüşlərində həlak olan hərbçilərin ailə üzvlərinin, eləcə də yaralananların üzləşdikləri acınacaqlı durum və haqsızlıqlarla bağlı ifşaedici məlumatlar yayılmaqdadır.

Bütün bunlar Ermənistanda hökm sürən kriminal rejimin iç üzünü açmağa və ordu ilə bağlı ölkədəki saxtakarlıqları ifşa etməyə, həqiqəti ictimaiyyətə çatdırmağa yetərlidir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM