Alternative content

18:43 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dövlət dəstəyi təsərrüfatımızı genişləndirməyə imkan verir”
“Dövlət dəstəyi təsərrüfatımızı genişləndirməyə imkan verir”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 20.08.2019


Kürdəmirin Qarabucaq kənd sakini İlham Allahverdiyevin ailə təsərrüfatı bu mövsüm 50 hektar sahədə pambıq əkib. Pambıqçılıq sahəsində zəngin təcrübəsi olan ailə bol məhsul yetişdirib. Artıq bu günlər pambıq yığımına başlanacaq.

Pambıqçılıq vaxtilə kənddə əsas təsərrüfat sahəsi olub. Uzun fasilədən sonra aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr rayonda, o cümlədən Qarabucaq kəndində də əhali tərəfindən böyük razılıqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində İlham Allahverdiyev deyib: "Ailə üzvlərimizin çoxu, demək olar ki, işsiz idi. Bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərə görə Prezidentə minnətdarıq. İndi hamımız işləyirik. Bu il satacağımız məhsuldan yaxşı gəlir götürəcəyik. Dövlət dəstəyi ildən-ilə təsərrüfatımızı daha da genişləndirməyə imkan verir. Bu mövsümdə hər hektardan azı 30 sentner məhsul əldə etmək əzmindəyik”.

Qeyd edək ki, İlham Allahverdiyevin ailə təsərrüfatı keçən il də sahələrdən yaxşı məhsul götürüb və qəbul məntəqəsinə 132 ton pambıq təhvil verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM