19 Avqust 2019 19:34
585
DÜNYA
A- A+

Danimarka Qrenlandiyanı ABŞ-a satmaqdan imtina etdi


Danimarkanın Baş Naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyanı almaq istəyinə cavab olaraq bildirmişdir ki, ada satılmır. Bu barədə yerli KİV xəbər verir.

Danimarka lideri demişdir: "Qrenlandiya satılmır. Qrenlandiya Danimarkanın deyil. Qrenlandiya Qrenlandiyanındır. Çox ümid edirəm ki, ABŞ Prezidentinin adanı almaq istəyi ciddi deyil”.

Avqustun 16-da məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı satın almaq imkanını nəzərdən keçirir. Bu ideya Prezidentin müşavirləri ilə müzakirə olunarkən qeyd edilmişdi ki, o, iqtisadi cəhətdən məqsədəuyğundur. Hesablamalara görə, Qrenlandiyanın satın alınması 10 trilyon dollara başa gələ bilər. Bu məbləğ ABŞ ÜDM-nin yarısından çoxdur.

Tramp Qrenlandiyanı Danimarkadan almaq niyyətində olduğunu təsdiqləmişdir. Onun dediyinə görə, bu məsələ ilə yalnız strateji baxımdan maraqlanmışdır. ABŞ Prezidenti əmin etmişdir ki, bu məsələ prioritet deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video