Alternative content

02:44 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:42 19.09.2019 İLHAM ƏLİYEV yolu
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
ANA SƏHİFƏ / SİYASƏT
19:27 19.08.2019
Avqustun 19-da Azərbaycan Dövlət İnformasiya Agentliyində Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti ilə görüş olub.

Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Azərbaycanın "Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında yaxından iştirak etdiyini deyən İdarə Heyətinin sədri AZƏRTAC-ın "Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü statusunun rəsmən təsdiqləndiyini diqqətə çatdırıb.

Söhbət zamanı ötən il Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birinci Media-Sammitinin uğurla keçirildiyi, tədbir çərçivəsində AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişinin imzalandığı məmnunluqla xatırladılıb. Həmçinin bildirilib ki, Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin başçılıq etdiyi nümayəndə heyətinin ötən il Azərbaycana səfəri iki ölkənin informasiya agentlikləri arasında əməkdaşlığın inkişafına yeni təkan verib.

Diqqətə çatdırılıb ki, AZƏRTAC öz xəbərlərini bir sıra dillərlə yanaşı, Çin dilində də yayır. Bu, Azərbaycanda Çinə, Çində isə Azərbaycana marağı daha da artırır. Bundan başqa, Agentlik ilə Konfutsi İnstitutu arasında da geniş əməkdaşlıq əlaqələri mövcuddur. Artıq 8 ilə yaxındır ki, İnstitutun əməkdaşları tərəfindən AZƏRTAC-da Çin dili kursları təşkil olunur.

Azərbaycana "Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində səfər etdiklərini qeyd edən Şansi istedadlar dərnəyinin direktor müavini və baş katibi Jianq Minqyi ölkəmizə səfərin zəngin təəssüratlarından danışıb, bir sıra dövlət qurumlarında səmərəli görüşlər keçirdiklərini bildirib. O, "Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM