19 Avqust 2019 19:10
548
DÜNYA
A- A+

İran parlamenti ABŞ-a qarşı plan hazırlayır

İran İslam Şurası Məclisi (parlament) ABŞ-a qarşı 10 bənddən ibarət plan hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əli Əsgər Yusifinecad məlumat verib. O bildirib ki, İran 1953-cü ildə baş vermiş dövlət çevrilişindən sonra Böyük Britaniya və ABŞ-da qalan aktivlərini geri tələb etməlidir. Alınan pullar 1953-cü ildə Tehranda həlak olmuş tələbələrin ailələrinə kompensasiya şəklində verilməlidir. Planda nəzərdə tutulub ki, ABŞ-ı dəstəkləyən ölkələrin media qurumlarının İrandakı büroları ləğv edilsin və jurnalistlər ölkədən çıxarılsın.

Bunlarla yanaşı, iranlı deputat bildirib ki, ABŞ "Hollivud” kinoindustriyası da öz filmlərində İran xalqını təhqir etdiyinə görə beynəlxalq məhkəməyə veriləcək. Planda, həmçinin nəzərdə tutulur ki, İran ABŞ-ın bir sıra yüksək səviyyəli məmuruna sanksiyalar tətbiq etsin.

Ə.Ə.Yusifinecad qeyd edib ki, plan yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video