19 Avqust 2019 15:46
1192
Səhiyyə
A- A+

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq sağlamlıq üçün çox əhəmiyyətlidir

Vaxtında oyanmaq və gün ərzində enerjili olmaq üçün ilk növbədə tam və normal yuxu yatmaq lazımdır. Yuxu tam olmayanda oyanmaq heç də asan olmur. Ona görə də ən yaxşısı vaxtında yatıb vaxtında oyanmaqdır.

Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Yatmazdan əvvəl qətiyyən qida qəbul etmək düzgün deyil, çünki gecə boyu hərəkətsizlik və dolu mədə səhərki yorğunluğun əsasını qoyur. Günün ikinci yarısı kofeinli içkilər içmək də məsləhət görülmür. Səhər vaxtında oyana bilməmək gərgin keçən axşamın da nəticəsi ola bilər. Ona görə də əsəbi olarkən yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayı içmək yuxuya çox yaxşı təsir edir. Səhər tezdən sərt idman hərəkətləri etməmək, əksinə, yüngül və gimnastik hərəkətlərlə günə daha rahat başlamaq olar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video