Alternative content

20:53 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən sərhəddən başlayır
Vətən sərhəddən başlayır
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:43 19.08.2019

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Bu baxımdan Azərbaycan sərhəd mühafizəsinin tarixi xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün əhəmiyyətlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü münasibətilə Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı hərbi hissəsində keçirilən "Vətən sərhəddən başlayır” adlı tədbirdə səsləndirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev və başqaları çıxış edərək, əlamətdar gün münasibətilə zabit və əsgərləri təbrik edib, onlara sərhədlərimizin mühafizəsində uğurlar arzulayıblar. Çıxışlarda sərhəd qoşunlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğu vurğulanıb. Bildirilib ki, son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Tədbir Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM