18 Avqust 2019 15:56
573
DÜNYA
A- A+

İranlı general: ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir


İran Hərbi Dəniz Donanması Fars körfəzində istənilən gəmini ələ keçirə bilər, hətta onu ABŞ və ya Böyük Britaniya qüvvələri müşayiət etsə belə.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri deyib.

İRİNN televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Bunun üçün İranın hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da nəzərə çatdırıb ki, əgər körfəzdə hansısa formada xarici qüvvələr görünsə bu müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya körfəzdə hərbi gəmilər göndərmək üçün müxtəlif bəhanələr uydururlar. O deyib ki, ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video