İqtisadiyyata 263 milyard dollar investisiya yatırılmışdır
İlham Əliyevin yeni inkişaf strategiyası ilə Azərbaycan həm iqtisadi sahədə dünya miqyasında uğurla inkişaf edən ölkə, həm də əlverişli biznes məkanı kimi tanınır
Son illər ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Dövlət özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri görür.
Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə vurğulamışdır ki, iqtisadi göstəricilər Azərbaycanın uğurla inkişaf etdiyini bir daha təsdiqləyir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır”.
İqtisadi göstəricilərə nəzər yetirdikdə deyə bilərik ki, həqiqətən Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhz bu tədbirlərin nəticəsidir ki, təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb. Bu məbləğin 8,2 milyard dolları xarici investisiyadır. Bu ilin 6 ayında isə iqtisadiyyata 6 milyard dollardan çox investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 49 milyard dollara yüksəlib. Ötən il bu rəqəm 45 milyard dollar idi və 6 ayda bu məbləğin 4 milyard dollar artması rekord göstəricidir.
İldən-ilə valyuta ehtiyatlarını artıran Azərbaycan bununla paralel olaraq xarici dövlət borcunu da kifayət qədər aşağı salıb. Bir il ərzində xarici borc 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Dövlət başçısı isə bunun dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunduğunu vurğulayıb: "Bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”.
Bu gün Azərbaycanda həyata keçirilən strateji islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Son illərdə institusional, insan kapitalı və sosial rifah, biznes mühiti, infrastruktur, kapital əlyetərliyi və ərtaf mühitin mühafizəsinə yönəlmiş sistemli və kompleks islahatlar daha intensiv olaraq həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər reallaşır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Bununla yanaşı, lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb. Bu il sahibkarlara güzəştli şərtlərlə dövlət tərəfindən 50 milyon manat kredit verilib. İlin sonunadək daha 120 milyon manat kreditin verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumundakı çıxışı zamanı dünyanın aparıcı, böyük şirkətlərini işbirliyinə dəvət edərək bildirmişdi ki, Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Ölkəmizdə infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: "Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son "Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.
Həqiqətən də beynəlxalq təşkilatların hesabatlarına nəzər yetirdikdə deyilənlərin bir daha şahidi oluruq. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli imkanların təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.
Təkcə bir fakta nəzər yetirək. Hazırda Azərbaycanda fəaliyyət göstərən 5 sənaye parkında investorlar, yəni rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərinin investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.
Avropa İttifaqının ötən ildəki sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı” siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davamlılığı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı bütün lazımi tədbirlərin görülməsini davam etdirir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!