18 Avqust 2019 00:44
824
Mədəniyyət
A- A+

Mədəniyyət sərhəd tanımır


"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Mədəniyyət məhdudiyyət tanımır” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Şəkidə sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması məqsədilə tarixi-mədəni abidələrə ekskursiya həyata keçirilir.

Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə Oğuz, Qax, Şəki, Balakən rayonlarının tarixi məkanları, tarixi abidələri barədə ətraflı məlumat verilir.

Layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq yeniyetmənin bölgələrə səfərləri təşkil olunacaq. Nəticədə sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdırılacaq onların cəmiyyətə inteqrasiyasına əlavə zəmin yaradılacaq. Səfər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı, rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video