18 Avqust 2019 00:28
2501
Elm və texnika
A- A+

Təbiətin dostları: “Fillər mənim dostumdur”


Böyük qulaqları, nəhəng xortumları və sevimli görünüşləri ilə heyvanlar aləminin ən çox diqqət çəkən üzvlərindən olan fillər sürü halında yaşayırlar. Xortumlu məməlilər sinfindən yalnız fillərin nəsli tükənməyərək, günümüzə qədər gəlib çatıb.

Afrika fili bədəncə Asiya filindən böyük olur, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Fil ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Qaçmağa başladıqlarında atlar qədər sürətlənə bilirlər. Maraqlıdır ki, dünyanın ən böyük heyvanlarından olan fillər arılardan qorxurlar.

Fillərin xortumu çox elastik və güclüdür. Xortumda təxminən 50 min əzələ var. Burun dəlikləri də xortumun ucunda yerləşir.

Afrika filinin dişlərinin uzunluğu 2 metr, ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəzlənir. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir. Çox möhkəm olan fil dişindən və sümüyündən müxtəlif əşyalar hazırlanır.

Fil 4 dizi və çənəsi olan yeganə məməli heyvandır. Beyinləri təxminən 5 kilo olduğu üçün dünyanın ən böyük beyinli canlısı sayılırlar.

Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Onlar çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2-2 metr olan hovuzda isti günlərdə həvəslə çimirlər.

Dişi fillər sürü halında gəzərkən erkək fillər yalnızdırlar və davamlı olaraq sürü dəyişdirərək yaşayırlar. Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Hamiləlik müddəti təxminən 2 il davam edir. Ortalama 100 kilo çəkidə doğulan bala fil tüklə örtülü olur və bir neçə gün sonra anasının dalınca gəzir.

Fillər ayaq üstdə yatırlar, ancaq sirkdə işlədilən fillər bir müddət sonra insanlar kimi yatmağı öyrənirlər.

Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür. Fillərin ölümü çox qəribədir. O, ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya bataqlığa atır. Sürüdən bir fil ölən zaman hamısının uzun müddət yas tutduğu müşahidə edilib.

Dünyada Fillərin Ümumdünya Müdafiəsi Gününün qeyd olunması ən iri məməlilər olan fillərin sayının azalmasından narahat olan ekoloqların təşəbbüsüdür. Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video