18 Avqust 2019 00:28
1154
Elm və texnika
A- A+

Dünyanın ən ağıllı iti öldü


ABŞ-ın Cənubi Karolina ştatında yaşayan və dünyanın ən ağıllı iti hesab edilən Çeyser 15 yaşında dünyasını dəyişib.

Heyvan mindən çox oyuncağın adını bilməsi və onlarla bağlı müxtəlif tapşırıqlar yerinə yetirməsi ilə məşhurlaşmışdı. Çeyser elmə məlum olan ən böyük "söz ehtiyatı”na malik heyvan hesab edilirdi. O, yeni əşyaların adlarını istisna üsulu ilə yadda saxlamağı bacarırdı, yəni daha əvvəl eşitmədiyi adı müəyyən edə bilirdi.

İt onu bu bacarıqlara yiyələndirən professor Con Pillinin evində yaşayırdı. Professor vəfat edəndən sonra itin qayğısına onun qızları qalırdı.

Qeyd edək ki, artıq heyvan üçün heykəlin qoyulması planlaşdırılır. Heykəlin 2020-ci ildə hazır olacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video