18 Avqust 2019 00:28
2519
Elm və texnika
A- A+

Niyə telefona cavab verəndə “alo” deyirik?


İndi telefonu tamamilə adi bir cihaz kimi qəbul edir və onun vasitəsi ilə hər mövzuda danışa bilirik. Ancaq telefon söhbətində ilk söz adətən "alo” olur. Maraqlıdır, bu söz hardan gəlib və nə deməkdir?

Telefonun ixtiraçısı Aleksandr Bell sayılır, lakin bu cihazın təkmilləşdirilməsinə və yayılmasına böyük töhfə verən amerikalı ixtiraçı Tomas Edisondur. Məhz Tomas Edison dünyanın bir çox ölkələrində bütün telefon danışıqlarını başladan sözü müəyyən edib.

1877-ci ilin avqustunda Tomas Edison böyük teleqraf şirkətlərindən birinin başçısı ilə yazışmalar aparır. Əsas mövzulardan biri səs siqnallarını ötürmək və qəbul etmək üçün bir cihazdan istifadə zamanı danışıqların qaydaları ilə bağlı idi. Söhbətin başlanğıcı üçün Edison "hullo” sözünü istifadə etməyi təklif edir. Telefonun ixtiraçısı olan Aleksandr Bell isə "ahoy” sözünü istifadə etməyi üstün tutur (iki gəmi suda qarşılaşdığı zaman istifadə olunan dəniz salamı). Belə nəticəyə gəlmək olar ki, "alo” sözü "hullo” sözünün tələffüzünün bizim dilə uyğunlaşmış variantıdır. Ancaq bu söz bizə Amerika Birləşmiş Ştatlarından deyil, yerli dialektə bağlı olaraq iki variantın yayıldığı Avropa ölkələrindən gəlib: orijinal "alo” və bir qədər dəyişdirilmiş "alyo”.

Lakin maraqlıdır ki, "hullo” sözü bütün ölkələrdə məşhur olmadı. Məsələn, Yaponiyada telefona cavab verərkən "mosi-mosi” (danışıram), Yunanıstanda "parakalo” (buyurun), İspaniyada "diga” (danış) deyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video