18 Avqust 2019 00:25
997
Səhiyyə
A- A+

Güclü immunitetin sirri


Qərb alimlərinin araşdırmasına əsasən, bəzi tərəvəzləri qida rasionuna əlavə edib möhkəm və sağlam immunitet əldə etmək olar.

Soyuqdəymə zamanı soğanın müalicəvi əhəmiyyəti barədə çox danışılıb. Amma çox az adam bilir ki, soğan xərçəngin qarşısını alır, orqanizmi təhlükəli hüceyrələrdən qoruyur. Soğan yeyən insanlarda mədə xərçəngi riski kəskin şəkildə azalır.

Xərçəngin qarşısını həm də Brüssel kələmi alır. Bu tərəvəzin tərkibində olan sulforafan maddəsi xərçəng hüceyrələrini məhv edir (əsasən də süd vəzi və sidik kisəsi xərçəngi). Eyni zamanda şişə inkişaf etməyə imkan vermir.

Yaşlı insanlar isə qarğıdalı yeməlidirlər. Qarğıdalı qocalıq dövründə korluğun yaranmasının qarşısını alır. Kərəviz də görmə qabiliyyəti üçün faydalıdır.

Ürək-damar sistemi xəstələrinə kələm məsləhət görülür. Onun tərkibindəki C vitamini xolesterinlə mübarizədə əvəzedilməzdir. Qırmızı bibərin tərkibində olan askorbin turşusu aterosklerozun qarşısını alır. Çuğundur isə damarlar üçün faydalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video