17 Avqust 2019 23:05
518
SİYASƏT
A- A+

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib


Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə "Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə birgə poliqonda təşkil olunan "Dostluq evi”nə gəliblər. Burada onlar iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.

"Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələri "Dəniz kuboku”, "Tank biatlonu”, "Səhra mətbəxi”, "Hərbi-tibbi estafet”, "Snayper həddi” və "Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video