17 Avqust 2019 23:03
870
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Qəbələ” komandası öz meydanında “Sumqayıt”a məğlub olub


Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ” komandası avqustun 17-də öz meydanında "Sumqayıt”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə "qırmızı-qaralar”ın qapısına hər iki qolu matçın 12-ci və 28-ci dəqiqələrində "Sumqayıt”ın yeni transferi Mehdi Şərifi vurub.

Qeyd edək ki, on beşinci dəfə Sumqayıt şəhərinin təmsilçisini qonaq edən "Qəbələ” indiyədək öz meydanında bu rəqibə uduzmamışdı. Ümumilikdə bu komandalar indiyədək 29 dəfə üz-üzə gəlib. Bunlardan 18-də "Qəbələ”, 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. Səkkiz qarşılaşmada isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, avqustun 16-da ölkə çempionatında turun açılış matçında sonuncu çempion "Qarabağ” komandası "Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib.

Birinci tur çərçivəsində avqustun 18-də "Səbail” və "Zirə”, bir gün sonra isə "Neftçi” və "Sabah” kollektivləri qarşılaşacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video