17 Avqust 2019 22:56
927
Mədəniyyət
A- A+

Tamara Sinyavskaya: Müslüm Maqomayev heyrətamiz şəxsiyyət idi


Müslüm Maqomayev heyrətamiz şəxsiyyət idi. Heç kim onun şəxsiyyətinin miqyasını bütövlükdə dərk edə bilmirdi. Mən yalnız bir şey deyə bilərəm – o, unikal insani keyfiyyətlərə malik idi. Onun barəsində sonsuzadək danışmaq olar. Müslümü dinləyən, onun konsertlərinə gələn insanlar onunla bağlı xatirələri bütün ömürləri boyu yaşadıblar. Bu xoş xatirələr bir çox insanları gənclik illərinə qaytarır.

AZƏRTAC xəbər verir ki, dünya şöhrətli müğənni Müslüm Maqomayevin doğum günü münasibətilə keçirilən mərasimdə bu barədə jurnalistlərə onun həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya bildirib.

"Müslümün həyat və yaradıcılığı ilə bağlı hazırda Birinci kanalda çoxseriyalı filmin çəkilişləri gedir. Mən serialın yaradıcılarına bəzi məsələlərlə bağlı məsləhətlər vermişəm. Premyeranın dəqiq tarixi hələ məlum deyil. Fikrimcə, səkkiz seriya tamaşaçılara onların sevimli artistinin həyatını hərtərəfli göstərmək üçün yetərlidir”, - deyə T.Sinyavskaya əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video