17 Avqust 2019 18:10
570
DÜNYA
A- A+

Yəməndə separatçılar tutduqları obyektləri hökumətə təhvil veriblər


Yəməndə Cənub Keçici Şurasını separatçıları bir neçə gündür davam edən döyüşlər zamanı tutduqları obyektləri hökumətə təhvil veriblər. AZƏRTAC Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, onlar avqustun 8-dən 11-dək küçə döyüşlərində ələ keçirdikləri dövlət binalarını Prezidentin tərəfdarlarına geri qaytarıblar.

Cənublu separatçı qüvvələrinin hökumət iqamətgahını, Mərkəzi bankın binasını və şəhər hospitalını boşaltdıqları bildirilir. Bundan iki gün əvvəl isə onlar "Əl Maaşiq” prezident sarayını da geri qaytarıblar. Yəmən Prezidenti Abd Rabbo Mansur Hadini dəstəkləyən ərəb koalisiyasının qoşunları cənubluların bu hərəkətini alqışlayıb və böhranı danışıqlar yolu ilə həll etmək barədə onların lideri Aydares əz-Zübeydin təşəbbüsünü bəyənib.

Avqustun 11-də Cənub Keçici Şurasının separatçıları ərəb koalisiyasının ultimatumunu qəbul edərək Ədəndə atəşkəsə razılıq veriblər və Ər-Riyadda keçiriləcək danışıqlarda iştirak edəcəklərini bildiriblər. Ədəndə keçirilən izdihamlı nümayişlərin iştirakçıları cənubluların ölkənin şimalını nəzarətə götürmüş şiə husitlərlə mübarizəyə böyük töhfə verdiklərini nəzərə alaraq, onlarla danışıqlar aparılmasını tələb ediblər. Separatçıların rəsmi nümayəndəsi Nizar Əl Haysam bildirib ki, onlar Prezidentin təyin etdiyi "Al-İslah” islamçı partiyasının üzvlərinin hamısının vəzifələrindən azad edilməsini tələb edəcəklər. Onun sözlərinə görə, Cənub Keçici Şurası ölkənin cənubunun idarə olunması üzrə "qanuni hüquqlarından” vaz keçmək fikrində deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video