17 Avqust 2019 00:27
656
İQTİSADİYYAT
A- A+

Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım var


Qeyri-neft sektorunun inkişafı strateji mahiyyət daşıyan bir neçə problemin həllinə imkan yaratmışdır. İlk növbədə ərzaq sarıdan ölkənin daxili tələbatı ödənməklə nəinki idxaldan asılılıq azalmış, hətta ixrac potensialı artmışdır. Bundan başqa, əhalinin məşğulluğunun təmin olunması istiqamətində yüksək nəticələr əldə edilmiş, kiçik və orta sahibkarlığın inkişafı sürətlənmişdir.

Bunu Tovuz rayonunun timsalında da görmək olar. Cari ilin birinci yarısında qazanılan uğurlar onu deməyə əsas verir ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində makroiqtisadi göstəricilərdə dinamik artım müşahidə olunur. Belə ki, 6 ayda rayon üzrə sənaye məhsullarının istehsalı 19,4, kənd təsərrüfatı məhsulları istehsalı 25,6, orta aylıq əməkhaqqı 36,3 faiz artmışdır.

Əvvəlki illərdən fərqli olaraq rayon iqtisadiyyatına yönəldilən investisiyaların həcmində də artım olmuşdur - 56,9 faiz. Həmin hesaba tikinti-quraşdırma işlərinin həcmi xeyli artmış, rayon mərkəzində, kənd və qəsəbələrdə abadlıq işləri aparılmışdır. Tovuz şəhərində Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti, Tarix-Diyarşünaslıq və Bayraq muzeyləri təmir olunmuş, Qovlar şəhər 2 saylı uşaq bağçasının tikintisi başa çatdırılmış, Alakol kənd orta məktəbinin, "Asan xidmət” mərkəzinin, "ABAD” bitkilərin qurudulması və emalı müəssisəsinin tikintisi sürətlənmişdir.

İllik istehsal gücü 700-800 ton ət olan "Aqropark”ın, eləcə də Alakol kəndində dənli bitki toxumlarının istehsalı müəssisəsinin tikintisində də işlər davam edir. Eyni zamanda, Alakol kəndində 624, Bozalqanlı kəndində 1200 şagirdlik məktəb binalarında tikinti işləri, Aşağı Quşçu və Köhnəqala kənd məktəblərində əsaslı təmir işləri aparılır. Şamlıq və Güvəndik kəndlərində isə modul tipli məktəb binaları quraşdırılır.

Rayonun yol infrastrukturu da yenilənir. Bu məqsədlə dövlət başçısı 6 sərəncam imzalamış, həmin hesaba ümumilikdə 200 kilometrdən çox yol əsaslı təmir edilmişdir. Bundan başqa, Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün əlavə vəsait ayrılmışdır.

Hazırda Tovuz şəhərində yeni içməli su şəbəkəsindən 8 minə yaxın əhali davamlı olaraq istifadə edir. İndi isə yüksək mərtəbəli binaların su təchizatında olan problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

Rayonda aqrar sahənin inkişafı istiqamətində də uğurlu göstəricilərə nail olunur. Söz yox ki, kənd təsərrüfatının inkişaf etdirilməsində dövlət dəstəyi başlıca rol oynayır və bunu tovuzlu fermerlər də hər zaman öz fəaliyyətlərində hiss edirlər. Məhz bunun nəticəsidir ki, yarım ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə 21 layihə üzrə 1 milyon 439 min manat güzəştli kredit verilmiş, həmin layihələrin icrası nəticəsində 25 yeni iş yeri açılmışdır.

Tovuzda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması üçün də xeyli iş görülmüşdür. Təkcə cari il 52 yaşayış məntəqəsində 455 abonentə qaz verilmişdir ki, bununla da rayonda mavi yanacaqla təmin olunan evlərin sayı 32 mini keçmişdir. Hazırda Yuxarı Öysüzlü kəndinin yeni yaşayış massivində 71 evin qazlaşdırılması davam edir.

Məlum olduğu kimi, bu il dövlət başçısının təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul edilmişdir. Bu sahədə həyata keçirilən işlər Tovuz rayon əhalisinin də güzəranına əhəmiyyətli təsir etmişdir. Belə ki, rayonun 35 min nəfərdən çox sakini hazırda ilk sosial paketdən bəhrələnir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video