17 Avqust 2019 00:23
549
İQTİSADİYYAT
A- A+

Sənayenin qeyri-neft sektorunda 15,8 faiz artım qeydə alınıb


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında ölkə üzrə 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır.

Sənaye məhsullarının 70 faizi mədənçıxarma, 25,1 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalmış, əmtəəlik qaz hasilatı 34 faiz artmışdır.

Emal sektorunda isə ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2, kompüter, elektron və optik məhsulların istehsalı 55,4, içkilərin istehsalı 52,2, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9, mebel istehsalı 33,6, kimya sənayesi məhsullarının istehsalı 30,4, kağız və karton istehsalı 28,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4, tütün məmulatlarının istehsalı 25,1, qida məhsullarının istehsalı 18,3, poliqrafiya məhsullarının istehsalı 14,9, maşın və avadanlıqların istehsalı 13,6, tikinti materiallarının istehsalı 7,8, geyim istehsalı 5,6, neft məhsullarının istehsalı 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı 1,3 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında da artım qeydə alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video