Alternative content

18:43 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
ANA SƏHİFƏ / Səhiyyə
23:43 16.08.2019

Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.

AZƏRTAC tibb saytlarına istinadla xəbər verir ki, Li onkologiya ilə mübarizədə ən effektli vasitə ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir.

Li özünün "xərçəngə qarşı pəhriz”ini "Eat to Beat Disease: The New Science of How Your Body Can Heal Itself” ("Xəstəliyə qalib gəlməkdən ötrü yeyin: sizin bədəninizin özünü necə sağaltması barədə yeni elm”) adlı kitabında təqdim edib.

Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir.

Li öz pəhrizində yoqurta və kimçiyə - Koreya ədviyyatları qatılmış, əsasən Pekin kələmindən hazırlanan Koreya yeməyinə xüsusi yer ayırıb.

Bundan başqa, Li düzgün qidalanmada qoz-fındığın, giləmeyvənin və kartofun əsas rolundan yazır. O, həmçinin öz kitabında almaya, xüsusən alma sidrinə (alma şərabı) böyük yer ayırır.

O, kitabında bu və ya digər ərzaqdan nə üçün istifadə olunmasını başa salır, həmçinin daha çox tərəvəz qəbulunun zəruriliyindən bəhs edir.

"Bizim genetik taleyimiz doğulmaq faktı ilə qabaqcadan müəyyən edilməyib. Genom özü dəyişməz olaraq qalmaqdadır, lakin müəyyən genlər ətraf amillərin təsiri altında dəyişmək qabiliyyətini saxlamaqdadır. Yəni hər şey sənin nə yediyindən, hansı havanı udmağından asılıdır...”, - deyə Li yazır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM