Alternative content

21:25 17 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa Mədəniyyət Nazirliyi: Notr-Dam kilsəsi yenidən çökə bilər
Fransa Mədəniyyət Nazirliyi: Notr-Dam kilsəsi yenidən çökə bilər
ANA SƏHİFƏ / DÜNYA
15:58 16.08.2019

Fransanın Mədəniyyət Nazirliyi bəyan edib ki, Parisin Notr-Dam kilsəsinin yenidən çökməsi təhlükəsi mövcuddur. AZƏRTAC xəbər verir ki, bunu "Le Figaro” qəzeti nazirliyin müvafiq məlumatına istinadla yazıb. Nazirliyin məlumatında deyilir ki, şəhərdə anormal istilər üzündən kilsənin nefinin tağlarından konstruksiyalar qopub düşməyə başlayıb.

İdarədən onu da bildiriblər ki, yanğından sonra Notr-Damda bərpa işləri hələ aparılmayıb, hazırda kilsənin uçmasının dayandırılması istiqamətində işlər görülür.

Aprelin 15-də Notr-Dam kilsəsində yanğının tüğyan etməsi nəticəsində onun dam örtüyünün üçdəiki hissəsi uçub, qotik üslublu şpil tamamilə yanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatsızlıqdan ziyan vurma barəsində işi araşdırırlar. İlkin versiyaya görə, alovlanmaya bərpa işləri zamanı ehtiyatsızlıq səbəb olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM