15 Avqust 2019 17:10
629
CƏMİYYƏT
A- A+

Veteran sərhədçilərə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı təqdim olunub


Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) 1992-ci ildə müstəqil dövlətimizin sərhədlərinin mühafizəsinə çıxmış ilk sərhədçi əsgərləri də unutmayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin avqustun 15-də DSX Aparatında "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi-texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrildiyini vurğulayıblar.

Tədbirdə, həmçinin 1992-ci il avqustun 22-də ulu öndər Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilib. Ulu Öndərin çağırışı ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər.

Sonra veteran sərhədçilərə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

Daha sonra Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız sərhədçilərimiz üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş respublikamızın qarşısında duran əsas vəzifələrdən biri silahli qüvvələrin yaradılması, sərhədlərin mühafizəsinin təmin edilməsi idi. Həmin dövrdə ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi, milli maraqlara xəyanəti nəticəsində ölkədəki özbaşınalıq, hərbi xidmətə çağırışın bərbad vəziyyətdə olması, sərhədçi kadrların, o cümlədən əsgər heyətinin çatışmazlığı bu vəzifələri xeyli çətinləşdirirdi. Məhz belə bir dövrdə bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, Azərbaycanın vətənpərvər, qəhrəman oğulları Sovet Sərhəd Qoşunlarından hərbi hissələrin təhvil alınmasında, Azərbaycan sərhədlərinin mühafizəyə götürülməsində əsl fədakarlıq nümayiş etdirərək Sərhəd Mühafizəsinin formalaşması prosesinə öz layiqli töhfələrini verdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video