15 Avqust 2019 12:35
914
CƏMİYYƏT
A- A+

İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir


Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə, onun vətəninin həmin ölkələr olduğu güman edilir.

AZƏRTAC tibbi saytlara istinadən xəbər verir ki, ispanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Lakin bişiriləndən sonra ən geci 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qalanda ispanaqlı yeməyin tərkibindəki bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə ehtimalını azaldır.

Məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırıb. Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd daşları, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əziyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.

İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video