15 Avqust 2019 10:01
454
CƏMİYYƏT
A- A+

Dövlət Sərhəd Xidmətinin Akademiyasında yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi olub


Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış xidməti uğurlarla qarşılayır. DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif müsabiqələr xüsusi yer tutur.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, qəzet məqaləsi, təsviri sənət, mahnı, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə yaradıcılıq müsabiqələri, həmçinin orta məktəb şagirdləri arasında "Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqələrdə 1000 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 30 şeir, 35 hekayə, 39 qəzet məqaləsi, 132 inşa yazısı, 21 mahnı və 136 rəsm və dekorativ-tətbiqi sənət əsəri müsabiqənin finalına buraxılıb, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyənləşdirilib.

Avqustun 13-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl və firavan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, onların intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən qayğı göstərildiyi, sərhədçilərin fədakar xidmətlərinin təbliğində, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqələrin çox böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulayıblar.

Mərasimdə müsabiqələrin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video