Alternative content

07:00 23 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstehlak bazarında ucuzlaşma var
İstehlak bazarında ucuzlaşma var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 15.08.2019


Cari ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 3,1, qeyri-ərzaq malları 1,3, əhaliyə göstərilən ödənişli xidmətlər 3 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında daha sonra bildirilir ki, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,1, o cümlədən qeyri-ərzaq malları 0,2, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz bahalaşmış, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalmışdır.

Ay ərzində uzun düyünün, unun, vermişelin, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, gavalının, əriyin, şaftalının, qarpız və yemişin, üzümün, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, quru noxudun, mərcinin, şəkər və şəkər tozunun, çay və kakao tozunun, dondurmanın, mineral suların, limonadın, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, spagettinin, mal və qoyun ətinin, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın, konservləşdirilmiş mal ətinın, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, brınza pendirinin, kərə yağının, limonun, almanın, albalı və gilasın, çiyələyin, kələmin, pomidorun, xiyarın, soğanın, kola içkisi və pivənın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Qeyri-ərzaq mallarından isə parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, parketin, paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, fotoaparatların, planşet tipli kompüterlərin, zərgərlik məmulatlarının qiymətlərində artma, mikrodalğalı sobaların, televizorların, mobil telefonların, noutbukların, saç üçün şampun və boyaların, dezodorantların, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə enmə qeydə alınmışdır. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmamışdır.

Ötən ay iyuna nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin və ayaqqabıların təmiri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ödənişli ali təhsil haqlarının və istirahət turlarının qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətləri sabit qalmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM