14 Avqust 2019 18:20
481
DÜNYA
A- A+

Nigeriyada iki gəminin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb


Nigeriyada iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, daha iki adam itkin düşüb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, insident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib.

Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki sərnişin gəmisi Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video