Alternative content

21:04 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub
Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:04 14.08.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib. Onlar verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. Bu ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub.

Proqram iştirakçıları ilə görüşən S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının ildən-ilə genişləndirildiyini deyib. O, proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaratdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, proqrama cəlb edilənlər əsasən əlilliyi olan şəxslərdən, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.

S.Babayev proqram iştirakçılarının dövlətin yaratdığı imkandan düzgün və səmərəli faydalanaraq, öz təsərrüfatlarını getdikcə genişləndirəcəklərinə əminliyini bildirib.

Baxış zamanı işsiz və işaxtaranlara onlara verilmiş aktivlər hesabına yaratdıqları təsərrüfatları normal şəkildə idarə etdikləri və inkişaf etdirmək üçün səy göstərdikləri müşahidə edilib.

Proqram iştirakçıları aztəminatlı ailələrin rifah səviyyəsinin yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramına cəlb edildiklərinə və kiçik ailə təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM