14 Avqust 2019 15:42
1147
Elm və texnika
A- A+

Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib


Avqustun 14-də Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının "Eşqin səsi” kitabının təqdimatı və imza mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, Milli Kitabxananın yaxın dostu, ən fəal oxucularından biri olan Ülvi Aydının yaradıcılığından, şeirlərinin təsirliliyindən danışıb.

O, "Təmənnasız qan”, "Düşünək gərək”, "Çağlayan sevgi” adlı daha 3 kitabın müəllifi olan, ürəkdən gələn hisslərini vərəqə köçürən, şeir, qəzəl, hekayələr müəllifi kimi tanınan gənc yazara gələcəkdə yeni yaradıcılıq uğurları arzulayıb.

Şair Zəkəriyyə Qurbanov məsləkdaşı Ülvi Aydına hər zaman yüksəklərdə olmağı arzulayıb, onun "Xoşum gəlir” şeirini səsləndirib.

Milli Kitabxananın Könüllülər Qrupunun üzvləri tərəfindən də şairin şeirləri oxunub.

Gənc yazarın ailə üzvləri çıxış edib, kitabxananın rəhbərliyinə bu gözəl tədbirin təşkilinə görə minnətdarlığını bildirib, tutduğu düzgün yolda Ülviyə müvəffəqiyyət arzulayıblar.

BDU-nun əməkdaşı, kitabın korrektoru Gülnar Axundova kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin gərgin zəhmətindən danışıb, ona uğurlar arzulayıb.

Sonda gənc yazar Milli Kitabxanadan daim oxucu kimi xoş münasibət gördüyünü, bütün sorğularını burada ödədiyini, həm elmi, həm də bədii yaradıcılığının inkişafına yaxından kömək olduqlarını bildirib, kitabxana haqqında yazdığı şeirini oxuyub.

Sonda müəllif şeirlərini səsləndirilib, imzası ilə kitablarını oxuculara təqdim edib və onlarla xatirə şəkli çəkdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video